Bakıda narkotik əməliyyatı:   saxlanılanlar var - VİDEO
27 yanvar 2026 14:29 (UTC +04:00)

Bakıda narkotik əməliyyatı: saxlanılanlar var - VİDEO

0

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb. A.Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7 kiloqram 340 qram marixuana, 800 ədəd metadon həbi, M.Səlimovdan isə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram 75 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Sonuncu əməliyyat zamanı 20 kiloram 637 qram narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar