Bakıda cinsi azlıq nümayəndəsi həbs olunub.
Lent.az xəbər verir ki, 30 yaşlı şəxs gecə saat 4 radələrində yaşadığı Yasamal rayonu ərazisində ictimai asayişi pozub. Daxil olan məlumat əsasında polis əməkdaşları onun yaşadığı ünvana yollanıblar. Burada cinsi azlıq nümayəndəsi polisin qanuni tələbinə tabe olmayıb və ünvansız təhqirlər səsləndirib.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan cinsi azlıq nümayəndəsi bildirib ki, həmin gün ticarət mərkəzindən qayıdırmış. O, bu zaman nizamsız və aqressiv davranışlar göstərib. Törətdiyi əməldən peşmandır.
Protokolu tərtib edən şəxsin sözlərinə görə, barəsində inzibati protokol tərtib etdiyi vətəndaş cinsi azlıq nümayəndəsidir. Mütəmadi olaraq, qonşuları tərəfindən onun haqqında yazılı və şifahi şikayətlər edilir.
Yasamal rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.