Bakıda sahibkarı amansızlıqla öldürənlər MƏHKƏMƏDƏ
06 yanvar 2021 10:55 (UTC +04:00)

Bakıda sahibkarı amansızlıqla öldürənlər MƏHKƏMƏDƏ

Bakıda sahibkarı mağazasında qətlə yetirən mütəşəkkil dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, qətli törətməkdə təqsirləndilən 22 yaşlı Ehtiram Əliyev və 21 yaşlı Ələsgər Əliyevin barəsində başlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icratına verilib. Yaxınlarda məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.

Xatırladaq ki, hadisə ötən il yanvarın 7-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib. 22 yaşlı Ehtiram Əliyev və 21 yaşlı Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 67 yaşlı Hikmət Bəhlul Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək qətlə yetirib, mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıblar. Mağaza sahibi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq - mühafizə orqanlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində qətli törədənlər saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281
avatar

Mehman Nəbiyev

Oxşar yazılar