Bakıda ŞOK:  ölü doğulan uşağı zirzəmiyə atdılar - VİDEO  - YENİLƏNİB
21 iyul 2026 14:12 (UTC +04:00)

Bakıda ŞOK: ölü doğulan uşağı zirzəmiyə atdılar - VİDEO - YENİLƏNİB

0

Sosial şəbəkələrdə "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindıən Lent.az-a bildirilib ki, sosial media səhifələrində yayılmış məlumatlarla bağlı araşdırma aparılır:

"Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır".

Qeyd edək ki, Səhiyyə Nazirliyindən də bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.

***

saat 10:00

Sosial şəbəkələrdə "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb.

Lent.az həmin iddiaları əks etdirən görüntüləri təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1628

Oxşar yazılar