Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.