Bakıda "Toyota" qaçırıldı
04 fevral 2023 16:47 (UTC +04:00)

Bakıda "Toyota" qaçırıldı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.

Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

# 1485
avatar

Oxşar yazılar