Bakıda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 2-də Sabunçu rayonu ərazisində qeydə alınıb. Yük avtomobili 76 yaşlı Ağayev Şirvan İsmayıl oğlunu vuraraq xəsarət yetirib.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, oktyabrın 16-da ölüb.
Araşdırma aparılır.