Bakıda zəncirvarı yol qəzası -FOTO
11 dekabr 2022 16:14 (UTC +04:00)

Bakıda zəncirvarı yol qəzası -FOTO

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

Sürət həddini aşan “Honda” markalı avtomobil “Mercedes”ə, “Nissan X-Trail”ə, daha sonra isə “Qazel” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində hər dörd avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri isə ağır dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

# 2040
avatar

Oxşar yazılar