Bakının iki rayonuna yeni rəislər  təyin olundu
10 aprel 2024 16:17 (UTC +04:00)

Bakının iki rayonuna yeni rəislər təyin olundu

Bakının iki rayonuna yeni polis rəisləri təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti Lent.az-a təsdiqləyib.

# 3576
avatar

Oxşar yazılar