Bakının mərkəzində yolu bağlayan  sürücü həbs olundu
26 noyabr 2025 13:23 (UTC +04:00)

Bakının mərkəzində yolu bağlayan sürücü həbs olundu

0

Bakıda avtomobili yolun hərəkət hissəsində saxlayaraq, hərəkəti məhdudlaşdıran sürücü həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Salyan şossesi yaxınlığında qeydə alınıb.

30 yaşlı N. Qasımov gecə saatlarında avtomobili yolun hərəkət hissəsində saxlayıb və hərəkəti məhdudlaşdırıb. Bu vaxt ərazidə xidmətdə olan yol polisi əməkdaşı ona yaxınlaşıb. Sürücü əməkdaşa sərxoş olduğunu deyib. O, patrul maşınına dəvət olunanda polisə tabesizlik göstərib və sərxoşluq müayinəsindən də imtina edib. Nəticədə ona məxsus “Mercedes” markalı avtomobil duracağa yerləşdirilib. N. Qasımov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

N. Qasımov ifadəsində peşman olduğunu və barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar