Bakıya uçan təyyarə 2 saat havaya qalxa bilmədi: PUA TƏHLÜKƏSİ
20 dekabr 2025 09:33 (UTC +04:00)

Bakıya uçan təyyarə 2 saat havaya qalxa bilmədi: PUA TƏHLÜKƏSİ

0

Dünən Rusiyanın bir sıra hava limanlarında, o cümlədən əsas hava qovşaqlarında dron hücumları ilə bağlı reyslər kütləvi şəkildə gecikib. Sərnişinlər uzunmüddətli gözləmə ilə üzləşib, qeydiyyat köşkləri və məlumat tablolarının qarşısında növbələr getdikcə artıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sankt-Peterburq, Belqrad, Kalininqrad, Kazan, Novosibirsk, Almatı, Varadero, Krasnoyarsk, Hurqada, Əlcəzair (təkrar), Soçi, Murmansk və Bakıdan olan reyslər gecikdirilib.

Həmçinin Rusiya ərazisindən də xarici ölkələrə uçan təyyarələrdə gecikmələr yaranıb. Bunlardan biri paytaxt Moskvanın Domodedovo hava limanında da qeydə alınıb. Belə ki, aeroportdan Bakıya uçmalı olan təyyarə saat havaya qalxa bilməyib. Saat 11:40-a planlaşdırılan uçuş 40 dəqiqə gecikərək 13:40-da həyata keçirilib.

Bundan başqa gecikmələr, Şeremetyevo, Vnukovo, Pulkovo və s. aeroportlarda da qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar