"BakuBus" avtobusu piyadanı vurub öldürdü
22 fevral 2023 10:17 (UTC +04:00)

"BakuBus" avtobusu piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanının qarşısında baş verib. Ayvazov Abuzər Mahmud oğlu idarə etdiyi BMC markalı "Baku Bus" MMC-yə məxsus avtobusla piyada Sumqayıt şəhər sakini, 68 yaşlı Qayıbov Qüdrət İdris oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

# 2154
avatar

Mehman Nəbiyev

Oxşar yazılar