Balakəndə XÜSUSİ ƏMƏLİYYAT:  "Ana" ləqəbli Günel saxlanıldı - VİDEO  - YENİLƏNİB
30 may 2025 10:39 (UTC +04:00)

Balakəndə XÜSUSİ ƏMƏLİYYAT: "Ana" ləqəbli Günel saxlanıldı - VİDEO - YENİLƏNİB

Balakəndə polisin keçirdiyi əməliyyat zamanı saxlanılan Günellə bağlı yeni faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Günel İbişova kriminal aləmdə "Ana" ləqəbi ilə tanınıb.

O, həbsdə olan ərinin türmədən narkotik sifarişləri üzrə tədarükünü təşkil edirmiş. 

Polisin keçirdiyi əməliyyat zamanı "Ana"nın yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi külli miqdarda narkotik vasitə də müsadirə olunub.

Onu da qeyd edək ki, Günelin atası da 3 il əvvəl həbsdə olan oğluna narkotik keçirərkən tutulub. 

***

saat 08:50

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb.

Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə “Günel” adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb.

Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17718

Oxşar yazılar

Bakıda AĞRI QƏZA:  xanımı ölü, özü və qızı yaralandı

Bakıda AĞRI QƏZA: xanımı ölü, özü və qızı yaralandı

19 iyul 2025 , 09:25
Pirşağıda bir nəfər dənizdə batdı

Pirşağıda bir nəfər dənizdə batdı

19 iyul 2025 , 09:23
Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26