Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı XƏBƏRDARLIQ
25 aprel 2024 12:21 (UTC +04:00)

Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərləri yayan media qurumlarına xəbərdarlıq edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də  yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır:

"Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən  yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib.

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Oxşar yazılar

Avtomat satmaq istəyən saxlanıldı

Avtomat satmaq istəyən saxlanıldı

23 iyun 2024 , 11:52
Xırdalanda beşmərtəbəli binada yanğın -Sakinlər təxliyə edildi

Xırdalanda beşmərtəbəli binada yanğın -Sakinlər təxliyə edildi

23 iyun 2024 , 11:28
Kafe və avtoyuma məntəqəsi yandı

Kafe və avtoyuma məntəqəsi yandı

23 iyun 2024 , 11:20
Qobu və Mehdiabad qəsəbələrində sursat aşkarlandı-VİDEO

Qobu və Mehdiabad qəsəbələrində sursat aşkarlandı-VİDEO

23 iyun 2024 , 11:05
Özünü yandıran qazi  öldü

Özünü yandıran qazi öldü

23 iyun 2024 , 10:48
Salyanda FACİƏ:  Usta yük maşınının altında can verdi

Salyanda FACİƏ: Usta yük maşınının altında can verdi

23 iyun 2024 , 10:29
Zaqatalada 14 yaşlı məktəblini  maşın vurdu

Zaqatalada 14 yaşlı məktəblini maşın vurdu

23 iyun 2024 , 08:39
Ağstafada toyda kütləvi zəhərlənmə -YENİLƏNİB-2

Ağstafada toyda kütləvi zəhərlənmə-YENİLƏNİB-2

23 iyun 2024 , 00:14