Bayramda övladlarını diləndirən  anaya bu cəza  verildi - AZƏRBAYCANDA
03 yanvar 2026 11:02 (UTC +04:00)

Bayramda övladlarını diləndirən anaya bu cəza verildi - AZƏRBAYCANDA

0

Hacıqabulda övladlarını dilənçiliyə cəlb edən qadın saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin H. Həmidov küçəsində, bazar ərazisində qeydə alınıb.

Polis əməkdaşları övladlarını dilənçiliyə cəlb edən 30 yaşlı qadını saxlayıblar. Onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Dilənçilik edən qadın bildirib ki, yoldaşı Yevlaxda dəmir satışı ilə məşğuldur. Özü və uşaqları isə dilənçiliklə məşğul olur. Məhkəmədə həmin şəxs deyib ki, yanındakı 3 uşaqdan ikisi bacısının nəvələridir, biri isə öz övladıdır. Maddi imkanı zəif olduğu üçün uşaqları təhsildən yayındırıb. Onun sözlərinə görə, bayramla əlaqədar Hacıqabula gəlib və burada aylığı 100 manat ödəməklə kirayədə qalır.

Hacıqabul rayon Məhkəməsi həmin dilənçi qadın barəsində 50 manat məbləğində inzibati cərimə cəzası təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar