Bazarda "siftə" etməyən  satıcı özünü söydü,  CƏRİMƏLƏNDİ
03 oktyabr 2025 10:14 (UTC +04:00)

Bazarda "siftə" etməyən satıcı özünü söydü, CƏRİMƏLƏNDİ

0

Ağdaş bazarında söyüş söyən satıcı cərimələnib.

Lent.az xəbər verir ki, şəhər ərazisində yerləşən Ağdaş mərkəzi bazarında meyvə-tərəvəz satan 35 yaşlı Musa Məcidli (ad və soyad şərtidir) söyüş söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, polisə tabe olmayıb.

Hər iki əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və hərbçiyə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub.

Musa Məcidli ifadəsində bildirib ki, bazarda meyvə-tərəvəz satışı ilə məşğuldur. Həmin gün o, işləri düz getmədiyi, heç bir mal sata bilmədiyi üçün özünü ucadan söyüb. Buna görə də polis əməkdaşları yaxınlaşaraq, ona irad bildiriblər.

Ağdaş rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Musa Məcidli barəsində 535.1-ci maddəyə əsasən 150 manat inzibati cərimə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar