Bərdədə DƏHŞƏT:  kanalda batan qızını xilas etmək istəyən ata  boğulub öldü
03 dekabr 2025 09:18 (UTC +04:00)

Bərdədə DƏHŞƏT: kanalda batan qızını xilas etmək istəyən ata boğulub öldü

0

Bərdədə kişi suda boğulub.

Lent.az-ın məlumatına görə, hadisə Nazirli kəndində baş verib.

Məlumata görə, 44 yaşlı Sərəncam Kərimova kənd ərazisindən keçən su kanalına düşüb. Bu zaman atası 68 yaşlı Kərimov Yasin Əvəz oğlu onu xilas etmək üçün özünü suya atıb. Lakin bədbəxtlikdən ata özü suda boğulub. Kənd sakinləri və polis əməkdaşları Sərəncam Kərimovanı sudan sağ çıxara biliblər. Yasin Kərimovun isə meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunur ki, S. Kərimova ruhi xəstəlikdən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar