Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 15 yaşlı Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:44
Bərdədə yeniyetmə çayda boğulub.
Lent.az xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtərçayda boğulub.
Məlumata görə, mərhum Ağdamdan Bərdəyə toy mərasiminə gəlib. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.