Beyləqanda təmir işləri aparan kişi işıq dirəyindən yıxılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Hadisə nəticəsində 67 yaşlı Murtuzəli İsmayılov ölüb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.