Beynəlxalq axtarışda olan şəxs Monteneqroda saxlanıldı
01 yanvar 2026 19:55 (UTC +04:00)

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda saxlanıldı

0

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən olunub.

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan RPŞ tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov  İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar