Binəqədidə  ƏMƏLİYYAT:   2 nəfər tutuldu - VİDEO
05 noyabr 2021 16:35 (UTC +04:00)

Binəqədidə ƏMƏLİYYAT: 2 nəfər tutuldu - VİDEO

Bakının Binəqədi rayonunda mağazalardan oğurluqlar edən və onlayn yolla narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Naməlum şəxs mağazadan içəri daxil olub kassada olan 1400 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Binəqədi rayon Polis İdarəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq etdiyi üçün məhkum olunmuş Nicat Şavahədli saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Binəqədi rayon Polis İdarəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi digər bir əməliyyat zamanı isə onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. Əməliyyat zamanı Füzuli rayon sakini İlham Arzuman oğlu Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu şəxslərin paytaxt  ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda narkotik satanvə oğurluq edən tutuldu

# 3105
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20