Bir ailənin 3 üzvü özlərini 22-ci mərtəbədən  atdılar - Tblisidə DƏHŞƏT
04 oktyabr 2025 16:20 (UTC +04:00)

Bir ailənin 3 üzvü özlərini 22-ci mərtəbədən atdılar - Tblisidə DƏHŞƏT

1

Gürcüstanın paytaxtı Tbilisidə bir ailənin üzvləri olan üç nəfərin cəsədi tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İsani rayonu, Navtluqi küçəsində baş verib. 

İlkin məlumata görə, onların ölümü yaşayış binasının yüksək mərtəbəsindən yıxılma nəticəsində baş verib. Həlak olanlar ata-ana və 1 uşaqdır.

KİV-in məlumatına görə, hadisə “Arki” yaşayış kompleksində baş verib. “Formula” telekanalı isə ailə üzvlərinin binanın 22-ci mərtəbəsindən yıxıldığını bildirir. Həlak olan uşağın yaşının 12 olduğu açıqlanıb. Bildirilir ki, onlar Tbilisidə kirayə mənzildə yaşayan əcnəbilərdir.

Gürcüstan DİN hazırda hadisənin intihar versiyasını nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 306

Oxşar yazılar