Ramiz Mehdiyevin məhkəməsi oldu  -VİDEO  - YENİLƏNİB
21 sentyabr 2026 12:00 (UTC +04:00)

Ramiz Mehdiyevin məhkəməsi oldu -VİDEO - YENİLƏNİB

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Lent.az xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.
 
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
 
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
 
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

***

saat 11:23

Xəbərəvideo əlavə edilib.

***

10:50

 

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. 

Lent.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. 

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.

Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 932

Oxşar yazılar