Bu rayonda gecə inzibati bina və kitabxana yandı
11 dekabr 2022 09:04 (UTC +04:00)

Bu rayonda gecə inzibati bina və kitabxana yandı

Ağdaş şəhərində ümumi sahəsi 1500 m² (hər mərtəbəsi 500 m²) olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 10 m² olan texniki otağın yanar konstruksiyaları yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş şəhərində ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən ibarət ikimərtəbəli binanın isə 1-ci mərtəbəsində sahəsi 35 m² olan kitabxananın taxtadan ibarət üzlüyü 2 m² sahədə və qismən 1 m² sahədə kitablar yanıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2058
avatar

Oxşar yazılar