Buzovnada bir ailənin 3 üzvü dənizdə batdı:  12 yaşlı uşağın meyiti tapıldı - YENİLƏNİB  - VİDEO
03 avqust 2026 14:34 (UTC +04:00)

Buzovnada bir ailənin 3 üzvü dənizdə batdı: 12 yaşlı uşağın meyiti tapıldı - YENİLƏNİB - VİDEO

0

Xəbərə video əlavə olunub.

***

saat 11:44

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

17 yaşlı Həmidova Aysel xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 12 yaşlı Həmidov Əlinin meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 22 yaşlı Həmidov Ruslanın axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 938

Oxşar yazılar