İbrahim Tatlısəs övladlığa götürdüyü  qızını evləndirir: Toy tarixi AÇIQLANDI
03 avqust 2026 13:19 (UTC +04:00)

İbrahim Tatlısəs övladlığa götürdüyü qızını evləndirir: Toy tarixi AÇIQLANDI

0

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses bu dəfə şəxsi həyatındakı xoş hadisə ilə gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin Bodrumdakı evində mənəvi qızı Didem Carusunun elçilik mərasimi keçirilib.

O, sadə və səmimi mərasimdə Didemi iş adamı Orkan Çömlekçiyə verib.

Ailə üzvləri və yaxın dostların qatıldığı elçilik mərasimində ənənəvi qız istəmə adətləri yerinə yetirilib. Tatlısesin mənəvi qızının xoşbəxtliyini bölüşərkən duyğulandığı da diqqətdən yayınmayıb.

Məlumata görə, İbrahim Tatlıses bu özəl gündə mənəvi qızına "beşi bir yerdə" qızıl hədiyyə edib. Bu hədiyyə mərasimin ən çox diqqət çəkən məqamlarından biri olub.

Elçilikdən sonra qonaqlar musiqi sədaları altında halay çəkərək gənc cütlüyün sevincinə şərik olublar. İsti və səmimi ab-havada keçən mərasim sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Bildirilib ki, Didem Carus və Orkan Çömlekçinin toyunun sentyabr ayında keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar