Buzovnada dənizdə batan 3 nəfərdən biri  xilas olundu, 12 yaşlı uşağın meyiti  tapıldı
03 avqust 2026 11:44 (UTC +04:00)

Buzovnada dənizdə batan 3 nəfərdən biri xilas olundu, 12 yaşlı uşağın meyiti tapıldı

0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

17 yaşlı Həmidova Aysel xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 12 yaşlı Həmidov Əlinin meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 22 yaşlı Həmidov Ruslanın axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar