İnsanların smartfonlar vasitəsilə izlənilməsi ilə bağlı  həqiqət AÇIQLANDI
02 avqust 2026 16:04 (UTC +04:00)

İnsanların smartfonlar vasitəsilə izlənilməsi ilə bağlı həqiqət AÇIQLANDI

0

Dünyanın istənilən kəşfiyyat agentliyi insanların smartfonlarını və noutbuklarını dinləyə bilər. 

Lent.az-ın xəbərinə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Ceyson Henson LADbible Stories podkastına verdiyi müsahibədə bildirib.

Vətəndaşların kəşfiyyat nəzarəti ilə bağlı həqiqəti açıqlaması istənildikdə, Hanson belə cavab verib: "Baxın, Yer planetindəki istənilən dövlət kəşfiyyat agentliyi smartfonunuz, noutbukunuz və ya videokameralarınız vasitəsilə sizi dinləyə bilər. Nə olursa olsun. Əgər onların dinləyə bilmədiyi xüsusi bir mobil telefonunuz olduğunu düşünürsünüzsə, deməli, bu həqiqət deyil".

Henson iş sahəsinə görə paranoyak olduğunu və yalnız ən sadə telefonlardan, tətbiqləri olmadan istifadə etdiyini də iddia edib. Lakin, keçmiş əməkdaşın sözlərinə görə, MKİ istəsə, onu da dinləyə bilərdi.

Henson əlavə edib ki, hazırda təhlükəsizlik təlimi keçir. "Əgər vacib görüşüm varsa, telefonumu evdə və ya otel otağımda qoyuram və görüşə heç bir elektron cihaz olmadan gedirəm", - o bildirib.

MKİ-nin keçmiş zabiti iddia edir ki, həqiqətən vacib məsələlər üçün yalnız ətrafda elektron cihazları olan insanların çox olmadığı yerlərdə - məsələn, parklarda - şəxsən görüşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar