Tovuzda minik avtomobili  yük maşınına   çırpıldı - Sürücülərdən biri və azyaşlı yaralandı -YENİLƏNİB
02 avqust 2026 15:14 (UTC +04:00)

Tovuzda minik avtomobili yük maşınına çırpıldı - Sürücülərdən biri və azyaşlı yaralandı-YENİLƏNİB

0

Tovuz rayonu, Azaflı kəndində qəza zamanı zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanan Azaflı kənd sakini 2018-ci il təvəllüdlü N.Orucovu vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Orucovun vəziyyəti ağırdır.

***

saat 13.54

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı yaralanan minik avtomobilinin sürücüsü 35 yaşlı S.Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar