Xocavənddə mina təmizləyən özəl şirkətin əməkdaşı minaya düşdü
02 avqust 2026 15:00 (UTC +04:00)

Xocavənddə mina təmizləyən özəl şirkətin əməkdaşı minaya düşdü

0

Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  Lent.az-a verilən xəbərə görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar