Piton əylənməkdən qayıdan  kişini uddu
02 avqust 2026 14:31 (UTC +04:00)

Piton əylənməkdən qayıdan kişini uddu

0

İndoneziyada yeddi metrdən çox uzunluğunda olan piton 35 yaşlı kişini əyləncədən evə qayıdarkən bütöv şəkildə udub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, faciəvi hadisə gecə saat 3 radələrində Şimali Malukuda baş verib. Hasim Lumbessi həmin gecə Vaysakay kəndinə gedirmiş. İlan kolların arasından onun üstünə hücum edib, ayağına yapışıb və qaçmağa macal tapmamış boğub.

Kişi evə qayıtmadıqda, təşvişə düşən ailə axtarışa çıxıb və cığırda onun çantasını, ayaqqabılarını, eləcə də qan izlərini tapıblar.

Lumbessinin həmkəndliləri tapdalanmış otların arasından meşənin dərinliklərinə doğru irəliləyərək tezliklə qeyri-təbii şişmiş bədəni olan hərəkətsiz bir piton tapıblar. Cəsədi çıxarmaq üçün yerli sakinlər pitonun qarnını kəsiblər. Qalıqlar dəfn olunmaq üçün ailəyə qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar