Əlihüseyn Rzayev
07 dekabr 2020 12:52 (UTC +04:00)

Əlihüseyn Rzayev

Çayxana işlədənlər cərimələndi - FOTO

Ağdaş şəhərində çay evlərindən birinin karantin rejimi qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

# 675
avatar

Mehman Nəbiyev

Oxşar yazılar