Cəbrayıl qəhrəmanının medalı qızın saçına ilişib itdi - FOTO
01 dekabr 2021 11:05 (UTC +04:00)

Cəbrayıl qəhrəmanının medalı qızın saçına ilişib itdi - FOTO

Vətən müharibəsi iştirakçısının medalı itib.

Lent.az xəbər verir ki, bu barədə medalı tapan şəxs sosial şəbəkədə məlumat verib.

O bildirib ki, 8 noyabr Zəfər bayramı şənliyində bir qazinin “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı əmisi qızının saçına ilişib qalıb.

Paylaşımı edən şəxs hazırda medalın evdə saxlanıldığını deyərək, sahibini axtardığını qeyd edib.

Tapılan medal

# 15057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar