Çindən "Changan" gətirmək  istəyirdi, bütün pulu batdı  - BAKIDA
18 dekabr 2025 18:42 (UTC +04:00)

Çindən "Changan" gətirmək istəyirdi, bütün pulu batdı - BAKIDA

0

Çindən “Changan Q 05” markalı avtomobil gətirtmək istəyən şəxsə qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, hadisə Bakının Xətai rayonunda qeydə alınıb.

İttiham aktına görə, taksi parkların birində çalışan zərərçəkən iş yoldaşı 40 yaşlı Tamerlan Niyazova Çindən avtomobil gətizdirmək istədiyini deyib. Tamerlan da bu işdə ona kömək edəcəyini və ilkin ödəniş kimi 13 min manat lazım olduğunu bildirib. Zərərçəkən 13 min manatı verəndən sonra isə həmin pulu özünün ehtiyaclarına sərf edib.

Tamerlanın söz verdiyi vaxtdan keçməsinə baxmayaraq, avtomobildən əsər-əlamət olmayıb. Zərərçəkənin sözlərinə görə, Tamerlan onun zənglərinə cavab verməyib. O, ifadəsində özünə dəyən 13 min manat ziyandan əlavə, mənəvi zərərə görə də 10 min manat təzminat tələb edib.

Xətai rayon Məhkəməsinin qərarı ilə Tamerlan Niyazov 1 il 10 ay 6 gün müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar