Daha 10 koronavirus xəstəsinə cinayət işi açıldı
25 dekabr 2020 09:33 (UTC +04:00)

Daha 10 koronavirus xəstəsinə cinayət işi açıldı

0

Ötən gün Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2355

Oxşar yazılar