Daha bir çörək sexində pozuntular  aşkarlandı
16 oktyabr 2021 15:16 (UTC +04:00)

Daha bir çörək sexində pozuntular aşkarlandı

Kürdəmirdə çörək sexində nöqsanlar aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Bəkirov Mübariz Tahir oğluna məxsus “Rəhim” çörək sexində plandankənar yoxlama keçirilib.

Bu zaman qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmənin asan təmizlənən dezinfeksiyaedici məhlullara davamlı materialla üzlənmədiyi, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və çirk qatı ilə örtüldüyü aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

# 1647
avatar

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42