Daha bir məktəb direktoru işdən qovuldu
23 oktyabr 2025 12:07 (UTC +04:00)

Daha bir məktəb direktoru işdən qovuldu

0

Biləsuvarda məktəb direktoru işdən azad olunub.

Bu barədə MÜTDA-dan Lent.az-a məlumat verilib.

Bildirilib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu  aşkar edilib.

Aşkar edilmiş nöqsanlara görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən, adıçəkilən məktəbin direktoru Anar İmanov ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Tovzuda məktəb direktorunun işdən çıxarılması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 716

Oxşar yazılar