Daha bir qanunsuz tikili  SÖKÜLDÜ  - VİDEO
17 yanvar 2023 14:21 (UTC +04:00)

Daha bir qanunsuz tikili SÖKÜLDÜ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirləri davam etdirir.

Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

# 1479
avatar

Fidan İlqar

Oxşar yazılar