Qubada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Orxan Ərəbov idarə etdiyi naqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən şəxsi baxış zamanı nəqliyyat vasitəsindən bir ədəd kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba rayon Polis Şpbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Narkotik satanlar
Daha iki narkotacir saxlanıldı-FOTO
Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14