Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub.
Lent.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Zaqatala rayonu Qımır kənd sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kənd qəbiristanlığında dəfn edilib.
Hərbi qulluqçunun dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib.
Qeyd edək ki, 39 yaşlı hərbi qulluqçu - gizir Sadiq Əsgərov iyunun 25-də Daşkəsən rayonu ərazisində bədbəxt hadisə zamanı dünyasını dəyişib. Onun olduğu hərbi hissənin avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub.
Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.(APA)