Samir Həsənov  Livanda tutularaq   Bakıya gətirildi
29 noyabr 2023 19:23 (UTC +04:00)

Samir Həsənov Livanda tutularaq Bakıya gətirildi

Beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatətini Livanın səlahiyyətli orqanları təmin edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.

# 2841
avatar

Arzu Qurbanlı

Oxşar yazılar