Bakıda 34 yaşlı sürücü bu hala düşən maşından sağ  çıxarıldı - VİDEO
08 sentyabr 2026 12:39 (UTC +04:00)

Bakıda 34 yaşlı sürücü bu hala düşən maşından sağ çıxarıldı - VİDEO

0

Bakıda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə ötən gecə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində baş verib.

Nazirliyin "112" qaynar xəttinə qəza olması və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota Aqua" markalı minik avtomobilinin idarəetməni itirərək beton pilləyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 34 yaşlı Baxşəliyev Əmrah Zaur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar