Gəlinə külli miqdarda qızıl  taxan "Vanlı Qara Haydar" SAXLANILDI
08 sentyabr 2026 13:45 (UTC +04:00)

Gəlinə külli miqdarda qızıl taxan "Vanlı Qara Haydar" SAXLANILDI

0

Toyunda gəlinə kiloqramlarla qızıl taxılması ilə gündəmə gələn və “Vanlı Qara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalan saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media fenomeni Çağla Öz ilə Mehmet Fatih Tançalan ötən həftəsonu Vanda evləniblər.

Toy mərasimində gəlinə başındakı tacdan tutmuş barmaqlarına qədər çoxlu sayda qızıl taxılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Toydan sonra Mehmet Fatih Tançalanın sosial şəbəkələrdəki paylaşımları ilə bağlı araşdırma aparılıb.

Tançalan gecə saat 3 radələrində yaşadığı ünvanda keçirilən əməliyyat zamanı saxlanılıb.

Toyda taxılan külli miqdarda qızılın və Tançalanın əmlakının mənbəyinin müəyyənləşdirilməsi üçü araşdırmaya cəlb edildiyi bildirilir.

Kilolarca altınla düğün yapmıştı; Vanlı Kara Haydar gece baskınıyla gözaltına alındı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar