Vətəndaşa vəzifə vədi ilə 64 min manat zərər vuranlara HÖKM OXUNDU
09 iyul 2026 16:32 (UTC +04:00)

Vətəndaşa vəzifə vədi ilə 64 min manat zərər vuranlara HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə vətəndaşlara qarşı külli miqdarda zərər vurmaqda təqsirləndirilən Əkrəm Umudov və Vasif Kərimovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilənlər - Əkrəm Umudovun (1-ci qrup əlil)  2 il sınaq müddəti olmaqla 5 il şərti, Vasif Kərimovun 6 il, 5 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Əkrəm Umudovun 7 il, Vasif Kərimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihamda qeyd olunur ki, 14 mart 2023-cü ildə Vasif Kərimov tanışları Əkrəm Umudov və Şərafəddin Abdullayevlə birlikdə Xalid Əliquliyevin oğlu Ruslan Əliquliyevi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin rəis müavini vəzifəsinə təyin etdirəcəyi ilə bağlı vəd verərək, ondan müxtəlif vaxtlarda  müxtəlif məbləğlərdə pul alaraq, X.Əliquliyevə ümumilikdə   64075 manat (altmış dörd min yetmiş beş) külli miqdarda ziyan vurub. Faktla bağlı cinayət işi qaldırılıb, Vasif Kərimov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar