Yay istisində ideal saç düzümü  - Açıq saçlardan imtina etməyin vaxtıdır
09 iyul 2026 15:15 (UTC +04:00)

Yay istisində ideal saç düzümü - Açıq saçlardan imtina etməyin vaxtıdır

0

Yay aylarında düzgün saç düzümü seçimi ən az geyim seçimi qədər vacibdir. İsti havalarda açıq saxlanılan saçlar boyun və çiyin nahiyəsində tərləməni artırır, narahatlıq yaradır və saçların daha tez çirklənməsinə səbəb olur. Mütəxəssislər bu səbəbdən yay mövsümündə saçları toplamağı, xüsusilə də topuz modelinə üstünlük verməyi tövsiyə edirlər.

Lent.az bu saç modellərini təqdim edir:

Niyə topuz yay üçün ən uyğun seçimdir?

Topuz saçın dəri ilə təmasını minimuma endirir. Bu da boyun və çiyin nahiyəsinin daha az tərləməsinə kömək edir. Eyni zamanda saçlar günəş şüaları, külək və yüksək rütubətin mənfi təsirindən daha yaxşı qorunur. Belə saç düzümü gün ərzində saçların daha səliqəli görünməsini təmin edir və onların tez yağlanmasının qarşısını qismən alır.

Yayın trendi - hamar topuz

2026-cı ilin yay mövsümündə ən populyar saç modellərindən biri hamar topuz hesab olunur. Bu model əvvəlcə əsasən axşam tədbirləri üçün seçilsə də, artıq gündəlik kombinlərin də ayrılmaz hissəsinə çevrilib. Bu görünüşü əldə etmək üçün saçlar səliqə ilə arxaya daranır və gel və ya digər fiksasiyaedici vasitələrlə möhkəmləndirilir. Saçın uzunluğundan asılı olmayaraq, hamar görünüş bu modelin əsas xüsusiyyətidir.

Saçınızı çox sıx toplamayın

Stilistlər saçın həddindən artıq bərk yığılmasını məsləhət görmürlər. Çox sıx topuz saç köklərinə əlavə gərginlik yarada, baş dərisində narahatlıq hissi əmələ gətirə və uzun müddət istifadə zamanı saçların qırılmasına səbəb ola bilər. Bir qədər sərbəst yığılan topuz isə həm daha təbii görünür, həm də isti havalarda daha rahat istifadə olunur.

Topuzu obrazınıza uyğun seçin

Gündəlik istifadə üçün bir qədər səliqəsiz və təbii görünən topuz daha uyğun hesab edilir. İşgüzar görüşlər, rəsmi tədbirlər və ya axşam dəvətləri üçün isə hamar və diqqətlə formalaşdırılmış topuz daha zərif görünüş yaradır. Topuzun hündürlüyü də ümumi görünüşə təsir edir. Yüksək topuz boynu vizual olaraq daha uzun göstərir və obraza yüngüllük qatır. Aşağı topuz isə klassik və eleqant görünüş yaradır.

Stilistlərdən faydalı məsləhətlər

Saç düzümünün gün ərzində formasını itirməməsi üçün gel, mum və ya saç lakından istifadə etmək tövsiyə olunur. Bu vasitələr xırda tellərin dağılmasının qarşısını alır və saçın daha səliqəli görünməsinə kömək edir. Bundan əlavə, lent, ipək yaylıq, dekorativ sancaq və ya "krab" kimi aksesuarlardan istifadə etməklə sadə topuzu daha dəbli və fərqli göstərmək mümkündür. Yay aylarında həm rahatlıq, həm də zərif görünüş axtaranlar üçün topuz saç düzümü praktik və dəbli seçimlərdən biri hesab olunur.

Пучок.

Пучок / © Credits

Пучок / © Credits

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar