DİN-dən Bakıda keçirilən aksiya ilə bağlı AÇIQLAMA
14 may 2022 17:14 (UTC +04:00)

DİN-dən Bakıda keçirilən aksiya ilə bağlı AÇIQLAMA

"Bakının Fəvvarələr meydanında bu gün keçirilən aksiya zamanı heç bir insident qeydə alınmayıb".

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib:

"Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb".

# 4158
avatar

Aytəkin Cəlali

Oxşar yazılar