DTX İranın həbsdən buraxdığı qadını saxladı - DÖVLƏTƏ XƏYANƏT
02 aprel 2024 16:23 (UTC +04:00)

DTX İranın həbsdən buraxdığı qadını saxladı - DÖVLƏTƏ XƏYANƏT

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən qadınla bağlı maraqlı faktlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Validə Yusifova ötən ilin yayında İrandan Azərbaycana təhvil verilib. 

Üç il əvvəl İranda həbs edilən Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə məhkum edilibmiş. 

O, 2023-cü ilin yayında Azərbaycana təhvil verilib. 

***

saat 15:40

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Lent.az-ın məlumatına görə, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

# 6633
avatar

Oxşar yazılar