Əfqanları   Türkiyəyə qanunsuz daşıyan   azərbaycanlı saxlanıldı
15 oktyabr 2025 13:53 (UTC +04:00)

Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı

0

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əfqanların qanunsuz olaraq, gizli Kocaeli şəhərinə daşınması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Əvvəlcə Düzce rayonunda iki minik avtomobili müəyyən olunub və həmin maşınlarla qanunsuz miqrasiyanı təşkil edən 2 nəfər, həmçinin 6 əfqan saxlanılıb. Sonra əməliyyat daha da genişləndirilib.

Nəticədə əfqanları Türkiyəyə daşıyan cinayətkar qruplaşmanın Azərbaycan nömrəli TIR-la bu işi gördüyü məlum olub. Avtomobilin sürücüsü M.A. Karabükün Eskipazar qəsəbəsində saxlanılıb.

Məhkəmə qərarı ilə hər 3 şəxs həbs edilərək, həbsxanaya göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar