Rusiyanın Yekaterinburq şəhərində bir yaşlı körpə çay içdikdən sonra ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Akademiçeski rayonunda baş verib. Məlumata görə, çay içdikdən dərhal sonra uşaq qusub və o, huşunu itirib. Qorxuya düşən valideynlər təcili yardımı çağırıblar və özləri də kömək etməyə çalışıblar, lakin çox gec olub.
Məlumatda deyilir ki, təcili yardım hadisə yerinə çatanda körpə artıq ölüb. İlkin versiyaya görə, maye udlaqdan keçmək əvəzinə tənəffüs yollarına düşüb, bu da uşağın ölümünə səbəb olub.
İstintaq Komitəsinin regional idarəsi hadisə ilə bağlı hər hansı şərh verməkdən imtina edib.