Dişlərinizi düzgün təmizləmədiyinizin 5 ƏLAMƏTİ
15 oktyabr 2025 14:51 (UTC +04:00)

Dişlərinizi düzgün təmizləmədiyinizin 5 ƏLAMƏTİ

0

Diş və ağız gigiyenasına düzgün əməl edilməməsi karies, diş əti iltihabı və ağız qoxusunun əsas səbəbidir. Stomatoloqlar bildirirlər ki, səhv diş təmizləmə üsulları yanlış texnika, köhnə fırça və ya çox qısa müddətli təmizləmə ciddi diş problemlərinə gətirib çıxara bilər.

Lent.az bu 5 əlaməti təqdim edir:

1. Diş ətinin qanaması

Əgər dişlərinizi fırçaladıqdan sonra və ya diş ipindən istifadə zamanı fırçada qan izləri görürsünüzsə, bu, narahatlıq üçün ciddi səbəbdir.

Bu hal çox zaman gingivit diş əti iltihabının başlanğıc mərhələsini göstərir. Diş səthində qalan lövhə (nalot) diş ətində qıcıqlanma və iltihaba səbəb olur. Əgər bu problem vaxtında aradan qaldırılmasa, parodontit adlanan xroniki xəstəliyə çevrilə bilər bu xəstəlik dişləri saxlamaqda rol oynayan toxumaları zədələyir.

2. Ağızdan gələn xoşagəlməz qoxu

Halitoz (pis ağız qoxusu) çox vaxt ağız boşluğunda bakteriyaların toplanması ilə bağlıdır. Əgər dişlərinizi fırçaladıqdan sonra belə qoxu qalırsa, deməli lövhə tam təmizlənmir xüsusilə diş araları və dil səthində.

3. Dişlərdə lövhə (nalot)

Gün ərzində diş səthində yemək qalıqları, bakteriyalar və tüpürcək qarışığından ibarət yumşaq nalot yaranır. Əgər dişlərinizi təmizlədikdən sonra dilinizlə diş səthini yoxlayanda nahamarlıq hiss edirsinizsə, bu, lövhənin tam getmədiyini göstərir. Zamanla bu nalot sərtləşərək diş daşına çevrilir onu yalnız stomatoloq peşəkar üsulla təmizləyə bilər.

4. Emalda ləkələr və qaralma

Diş ətinin kənarında və ya diş aralarında yaranan tünd nöqtələr çox vaxt kariesin ilkin əlamətidir. Lövhədəki bakteriyalar turşu ifraz edərək diş emalını zədələyir, nəticədə ləkələr və çuxurlar əmələ gəlir. Hətta azacıq qaralma belə fırçalama texnikanızı dəyişmək üçün siqnal sayılmalıdır.

5. Təzəlik hissinin olmaması

Dişləri düzgün təmizlədikdən sonra onlar düzgün və hamar hiss edilməli, ağızda təmizlik və təravət hissi qalmalıdır. Əgər bu hiss dərhal yox olursa və ya ümumiyyətlə yaranmırsa, bu, çox qısa və ya qeyri-effektiv təmizləmədən xəbər verir. Əksər hallarda problem ondadır ki, dişlər iki dəqiqədən az müddətdə və yanlış hərəkətlərlə fırçalanır.

Dişlərə düzgün qulluq üçün tövsiyələr

Texnikanı dəyişin

Yalnız üfüqi hərəkətlər etməyin dişləri diş ətindən dişin ucuna doğru yuxarı-aşağı və yumşaq dairəvi hərəkətlərlə təmizləyin.

Diş ipindən istifadə edin

Fırça diş aralarına tam çatmır flossing (diş ipi ilə təmizləmə) lövhəni tam aradan qaldırmaq üçün vacibdir.

Düzgün fırça seçin

Orta və ya yumşaq sərtlikdə fırçalardan istifadə edin və onu 3 aydan bir dəyişin.

Stomatoloqa müraciət edin

Peşəkar təmizlik (skaling) diş daşlarını aradan qaldırır, həkim isə sizin üçün uyğun texnika və vasitələri tövsiyə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar